Yazını böyüt
Yazını kiçilt
Rusiyanın rəsmi ictimai səhiyyə qurumu “Rospotrebnadzor” üçlü epidemiya kimi tanınan Covid-19, qrip və RSV (Respirator Sinsitial Virus) hallarının yayılmağa başladığını açıqlayıb. Üç virus infeksiyasının eyni vaxtda yayılması "üçlü epidemiya" adlanır.
Hafta.az-ın bu barədə məlumat verən “Moskovskiy Komsomolets” qəzetinə istinadən yazdığına görə, qripə yoluxma tezliyi hər 10 min nəfərə 128,1-ə yüksəlib. Xəbərə görə, bu tezlik mövsümi normalardan 83 faiz yuxarıdır.
Mütəxəssislər bildirirlər ki, hazırda ölkəyə təsir edən virus Honq-Konq qripi kimi tanınan A (H3N2) qripidir.
“Rospodrebnadzor” rəsmiləri 46 federal dairədə epidemiya həddinin aşıldığına diqqət çəkib.
Fevral-mart ayları arasında üçqat epidemiyanın azalacağı təxmin edilir.